en

Azerbaycan Britaniya Kollecinə xoş gəlmişsiniz!

 

Mən şadam ki, siz vaxt tapıb saytımızı ziyarət edirsiniz.

İnanıram ki, siz burada bizim haqqımızda ətraflı məlumat əldə edəcəksiniz. Görəcəyiniz şəkillər yalnız bizim müasir imkanlarımızı deyil, həmçinin məktəmizdəki müxtəlifliyi, beynəlxalq mühiti, parlaq şagird həyatını və ictimai birliyi əks ətdirir. 2012-ci ildə yaradılmasına baxmayaraq, ABC Bakıdakı böyük və ən məşhur özəl məktəblərdən birinə çevrilmişdir. Biz hesab edirik ki, bunun böyük bir hissəsi bizim verdiyimiz  keyfiyyətli təhsilin nəticəsi, həm də şagirdlərimiz bizimlə birlikdə xoşbəxt və həyatlarından zövq aldıqları üçündür.

 

Siz övladlarınızın hansı məktəbə göndərməyi seçərkən valideyn kimi uşaqlarınız üçün ən mühüm qərarlardan birini qəbul edirsiniz, çünki məktəbin keyfiyyəti onların gələcəyinə böyük təsir edir. Ona görə də biz şagirdlərimizin həyata ən yaxşı şəkildə başlaması, araşdırması, əldə etməsi və inkişafını ortaya qoyması üçün bir mühit yaratdığımızdan əmin olmanıza qərarlıyıq.Biz fəxr edirik ki, güclü hisslərin aşılanmasında fəaliyyət göstəririk; əzmkarlıq, hörmət, iştirak, şəfqət, düzgünlük və peşəkarlıq. Biz çalışırıq ki, tələbələrimiz həyati bacarıqlara yiyələnsinlər. Tələbələrimizin çoxunun azərbaycanlı olmasına baxmayaraq, aralarında 25 müxtəlif millətin təmsil olunması onların hər şeyi həm zəngin öyrənməsi və fərqli mövqelərdən görmələri üçün fürsət yaradan geniş bir mədəni müxtəliflik yaradır. Müəllimlərimizin də həmçinin bütün qitələri əhatə edən  25 ölkədən gəlməklə tələbələrimizin həyati inkişafını dəstəkləyir və həyatın başqa sahələrini əhatə edirlər.

 

Xoşbəxt təhsil ictimaiyyəti olaraq öyrənmək ABC-də maraqlı və dəyərlidir.

Hər şeydən öncə biz tələbələrimiz və onların inkişafı ilə fəxr edirik, eləcə də bunu məktəbimizdə paylaşmaqdan qürur duyuruq. Biz hesab edirik ki, Azərbaycanda ən yaxşı təhsil təcrübəsini təqdim edirik.

 

Buna nail olmaq üçün bizim siniflərdə 21-dən artıq tələbə yoxdur. Tələbələrin bütün fərdi ehtiyaclarını təmin etmək məqsədilə bizim uşaq bağçasında hər bir sinif 3 müəllim və müəllim köməkçiləri, ibtidai siniflərdə isə 1 müəllim və 1 müəllim köməkçisi vardır. Orta məkdəbdə hər bir sinifdə 1 müəllim təhkim olunur, amma riyaziyyat, fizika və ingilis dili dərslərində siniflər kiçik qruplara bölünür. 

 

Siz bizim məktəbin Bakıdakı digər məktəblərdən nə ilə  fərqləndiyini öz gözlərinizlə görmək üçün məktəbimizə gələ bilərsiniz.