en

ABC işləmək üçün çox zövq alına biləcək yerdir. Məktəb yenidir və müasir bina və avadanlıqlarla təchiz olunmuşdir. Siniflərdə şagirdlərin sayı azdır və bir sinif otağında maksimum 21 şagird ola bilər. Müəllimlər, bir qayda olaraq işə saat 07.50-də başlayır və ibtidai siniflər üçün saat 3.15-də, orta məktəb sinifləri üçün isə saat 4.00-da işlərini bitirirlər. Hər bir müəllimə habelə həftədə bir saat olmaqla bir məktəbdən sonra fəaliyyəti (istəklərindən və təcrübələrindən asılı olaraq) təklif olunur,

Avtobuslar müəllimləri və digər heyət üzvlərini məktəb və yerli Metro stansiyası arasında aparıb gətirir. Gimnastika, üzgüçülük hovuzundan istifadə etmək istəyənlər üçün bizim müxtəlif vaxtlarımız vardır yaxud biz onların hazırlıq və planlaşdırma işlərini məktəbdə etmələrinə üstünlük veririk.

Dərslər 45 dəqiqə davam edir və bir müəllim tərəfindən bir həftə ərzindən maksim tədris olunacaq dərs sayı 30-dur (yəni, bir həftədə 22 ½ saat). Reallıqda, dərs yükü aşağıdır və ortalama 27 dərs (20 ¼ saat) təşkil edir. 

Hər bir akademik ilin başlanmasından əvvəl, bizim təlimatlandırma həftəmiz olur və bu zaman yeni işə götürülmüş müəllimlərə xüsusi diqqət verilir.

 Əlavə məlumatı məktəbin bukletindən ələ edə bilərsiniz.