en

ABC fəaliyyət göstərdiyi sahədə bir təhsil mühiti kimi çıxış edir. Biz qayğı və hörməti təşviq edirik, və əsas gözləntimiz də akademik həyatın bütün aspektlərində yüksək standartların tətbiqindən ibarətdir.

 

Bizim əsas məqsədimiz Azərbaycanda yaşayan gənclərin, eləcə də qısa və ya uzun müddətə burada yaşayan əcnəbilərin uşaqlarının ehtiyaclarına cavab verən təhsil vermək və onları gələcək və 21-ci əsrin iş həyatı üçün hazırlamaqdır.

 

ABC təhsillə bağlı gələcəyə baxışı formalaşdırarkən və kurrikulumunu tərtib edərkən aşağıdakıları nəzərə alır:

  • 2020-ci ilin dünyası bugünkü dünyadan çox fərqli olacaqdır
  • Dəyişikliklərin sürəti getdikcə daha da artıq, buna görə də çeviklik ən vacib məsələdir.
  • Gənclərin sərbəst şəkildə informasiyaya və dərs materiallarına çıxışı vardır və bu çıxış getdikcə daha da artır.
  • Böyüdükdən sonra uşaqlar iqtisadiyyatın iştirakçısına çevrilir.
  • 18+ yaşında olanlar yenə də öyrənmə prosesinin erkən mərhələsində olacaqlar.
  • Hazırda tətbiq olunan kurrikulum gələcəkdə hər bir gəncin tətbiq edə bilməsi üçün tələb olunacaq bilik, bacarıq və qavrayışları ilə heç də həmişə tam uyğunluq təşkil etmir.
  • Kurrikulum hazırlanmasında müəllimlərlə yanaşı böyüklər də iştirak etməlidir. Bunlar köməkçi heyət, məzunlar, rəssamlar, idman ictimaiyyətinin nümayəndələri, sənaye sektorunu təmsil edən şəxslər və müxtəlif sahibkarlıq subyektlərinin təmsilçiləri ola bilər.

 

ABC-də biz İngiltərə və Uels üçün Milli Kurrikulumun tətbiqinə əməl edirik. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələbinə uyğun olaraq, əlavə dərslər kimi Azərbaycan dili, mədəniyyəti, tarixi və coğrafiyası fənnləri də kurrikuluma daxil edilmişdir. Burada istisna 1-3 Əsas Mərhələlərində ingilis dili, riyaziyyat və elmlərin tədrisidir. Bu zaman Kembric Beynəlxalq İmtahan mərkəzinin kurrikulumunun tətbiqinə əməl edilir. Başqa bir istisna halı isə 4-cü Əsas Mərhələdədir. Belə ki, bu mərhələdə biz IGVSE fənnləri üçün Kembric Beynəlxalq İmtahanlarının və Edexcel kurrikulumlarını tətbiq edirik.

 

Erkən yaşlarda (bağça və qəbula qədərki illər), biz aşağıdakı əsas sahələri əhatə edirik:

  • Ünsiyyət və dil
  • Fiziki inkişaf
  • Şəxsi, sosial və emosional inkişaf
  • savad
  • riyaziyyat
  • dünyanı qavrama
  • incəsənət və dizayn

1-ci Əsas Mərhələyə gəldikdə isə, şagirdlərə aşağıdakı fənnlər tədris olunur:

Riyaziyyat

5

3s 45d

İngilis dili

7

5s 15d

Elm

5

3s 45d

Tarix

2

1s 30d

Coğrafiya

2

1s 30d

Incəsənət və dizayn

2

1s 30d

Dizayn və texnologiya

2

1s 30d

Hesablama

2

1s 30d

Fiziki tərbiyə

1

0s 45d

Üzgüçülük

1

0s 45d

Musiqi

2

1s 30d

Azərbaycan dili

2

1s 30d

Azərbaycan tarixi və coğrafiyası

2

1s 30d

PSHE və Vətəndaşlıq fənlləri hər günün başlanğıcından və/yaxud sonunda “Həyat Elmləri” fənni çərçivəsində əhatə olunur.

2-ci Əsas Mərhələdə tədris olunan fənnlər aşağıdakılardır:

Riyaziyyat

5

3s 45d

İngilis dili

5

3s 45d

Elm

5

3s 45d

Müasir Xarici Dil

2

1s 30d

Tarix

2

1s 30d

Coğrafiya

2

1s 30d

İncəsənət və Dizayn

2

1s 30d

Dizayn və Texnologiya

2

1s 30d

Hesab

2

1s 30d

Fiziki Tərbiyə

1

0s 45d

Üzgüçülük

1

0s 45d

Musiqi

2

1s 30d

Azərbaycan Dili

2

1s 30d

Azərbaycan Tarixi və Coğrafiyası

2

1s 30d

PSHE və Vətəndaşlıq fənlləri hər günün başlanğıcından və/yaxud sonunda “Həyat Elmləri” fənni çərçivəsində əhatə olunur.

3-cü Əsas Mərhələdə tədris olunan fənnlər:

Riyaziyyat

5

3s 45d

İngilis dili

5

3s 45d

Elm

5

3s 45d

Rus dili

2

1s 30d

Tarix

2

1s 30d

Coğrafiya

2

1s 30d

İncəsənət və Dizayn

2

1s 30d

Dizayn və Texnologiya

2

1s 30d

Hesab

2

1s 30d

Fiziki Tərbiyə

1

0s 45d

Üzgüçülük

1

0s 45d

Musiqi

1

0s 45d

Azərbaycan dili

2

1s 30d

Azərbaycan Ədəbiyyatı

1

0s 45d

Azərbaycan tarixi və coğrafiyası

2

1s 30d

Nəhayət, 4-cü Əsas Mərhələnin kurrikulumu aşağıdakı fənnləri özündə əks etdirir:

Riyaziyyat *

4

3s 00d

İngilis Dili *

4

3s 00d

Biologiya *

3

2s 15d

Kimya *

4

3s 00d

Fizika *

3

2s 15d

Müasir Xarici Dil *

3

2s 15d

Tarix *

3

2s 15d

Coğrafiya *

3

2s 15d

Hesab (*)

2

1s 30d

Fiziki Tərbiyə (*)

1

0s 45d

Üzgüçülük

1

0s 45d

Azərbaycan Dili

2

1s 30d

Azərbaycan Tarixi və Coğrafiyası

2

1s 30d

PSHE və Vətəndaşlıq fənlləri hər günün başlanğıcından və/yaxud sonunda “Həyat Elmləri” fənni çərçivəsində əhatə olunur. Qarşısına ulduz işarəsi qoyulmuş fənnlər məcburi IGCSE fənnləri hesab olunur və ulduz işarəsinin … içərisində olan fənnlər isə …..

Kurrikulumun məqsəd və gözlənilə nəticələri

 

Kurrikulum müəyyən edilmiş məqsədləri

Kurrikulum bir qayda olaraq bütün öyrənciləri stimullaşdırmalı, yaxşı hazırlaşma tələbi ilə üz-üzə qoymalı və onları gələcəyə hazırlamalıdır. ABC-in əsas məqsədi ibtidai təhsil mərhələsində gənc şagirdlərin təcrübələrini inkişaf etdirməyə xidmət edən aydın və əsaslı hazırlanmış kurrikulumdur. Bu kurrikulum bütün gənclərə yaxşı öyrənci olmaqda, onların özünəgüvən hisslərinin formalaşdırılmasında və məsuliyyətli vətəndaş kimi yetişməsində köməklik edir.

 

Kurrikulum, xüsusi olaraq şagirdlərə aşağıdakı məsələlərdə köməklik etməlidir:

  • yüksək standartlara nail olunması və yaxşı/mükəmməl nailliyyətlərin əldə olunması.
  • Yaşa görə müəyyən edilmiş gözləntiləri doğruldaya bilməyən gənclərə boşluqların aradan qaldırılması və öz həmyaşıdlarının sahib olduğu səviyyənin əldə olunmasında zəruri köməkliyin göstərilməsi .
  • Şagirdləri yaşa deyil bacarıqlarına görə tərəqqiyə nail olmaq və dövlət imtahanlara yaşa görə deyil hazır olduqları zaman daxil olmaq istiqamətindən inkişaf etdirmək.
  • Yüksək keyfiyyətli şəxsi biliklərin, öyrənmə və düşüncə bacarıqlarının mənimsənilməsi, sərbəst öyrənmə yanaşmasından istifadə.
  • Yüksək keyfiyyətli funksional bacarıqların, o cümlədən savad, riyazi qabiliyyətlərin və İKT bacarıqlarının olması.
  • Potensialdan maksimum istifadəyə nail olmaq üçün çətin tapşırıqların verilməsi.
  • 18 yaşına qədər və ondan sonra təhsildən zövq almaq və təhsilə məsuliyyətlə yanaşmaq.
  • Kurrikulumdan kənar öyrənmə səylərinin qiymətləndirilməsi və tədris olunan kurrikulumla əlaqələndirilməsi.

 

Kurrikulumun əsas nəticələri

ABC-in kurrikulumu:

  • Gələcəkdə işə götürənlər və universitetə daxil olmaq üçün dəyərli bilik və bacarıqların əldə olunmasına imkan verir.
  • Qanunla müəyyən edilmiş tələblərə cavab veirr (Azərbaycanın daxili qanunları və qəbul olunmuş adətlərlə ziddiyət təşkil edərsə).
  • Şagirdlərə potensialından istifadə etməyə imkan verir.
  • Bütün gənclərin ehtiyaclarına cavab verir.
  • Hüquqi qaydalardan başqa şagirdlərə zəngin tədris təcrübəsindən yararlanmaq üçün bərabər imkanlar yaradır
  • Şagirdləri KS3, KS4 –ün sonunda və ondan sonra məlumatlı və düzgün seçim etməyə hazırlayır.
  • Şagirdlərdə məsələlərə sorğulayıcı düşüncə ilə yanaşma qabiliyyətini, rasional suallar vermə və mübahisələndirmə bacarıqlarını inkişaf etdirməkdə kömək edir.
  • Aşağıdakı xüsusiyyətləri özündə birləşdirir: əhatəlilik, balans, uyğunluq, fərqləndirmə, inkişaf, davamlılı və ardıcıllıq.
  • Akademiya daxilində, eləcə də təhsilin mərhələləri arasında davamlılığı və inkişafı təmin edir, şagirdlərin öz akademik karyeraları zamanı seçimlərini artırır.
  • Çoxsaylı uyğun öyrənmə imkanları yaradan və belə imkanları həvəsləndirən tədris üslublarını inkişaf etdirir.
  • Şagirdlərə dildən və rəqəmlərdən effektiv istifadə etməkdə kömək edir.
  • Şagirdlərə şəxsi mənəvi dəyərləri, dini dəyərlərə hörmət və digər irqdən olanların inanclarına və həyat tərzinə dözümlü yanaşmanı inkişaf etdirməkdə kömək edir.
  • Kurrikulumun ABC-in mütəxxəsis statusunu – elmlər, riyaziyyat və yaradıcı fənnlər – əks etdirməsinin, təkmilləşdirilməsi və genişləndirilməsinin təmin olunması.
  • 3-cü Əsas Mərhələr üçün spesifik kurrikulumun işlənib hazırlanması, bu kurrikulumda əsas diqqətin savad və rəqəm bacarıqlarının, eləcə də şəxsi, öyrənmə və düşünmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilməsi.
  • Şagirdlərin, valideynlərin və daha geniş cəmiyyətin ehtiyaclarına cavab verən 4-cü Əsas Mərhələnin kurrikulumunun tərtib olunması.
  • 16 yaşdan sonrakı dövr üçün kurrikulumun tərtib olunması. Bu kurrikulumun hazırlanmasında yalnız ABC deyil, eyni zamanda ABC ilə tərəfdaşlıq edən digər məktəblər/kolleclər iştirak edə bilər.
  • Ərazidəki digər orta və ibtidai məktəblər üçün də faydalı olma.